AZ

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq.

"Far.Az" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu dəfə də Gürcüstan yığması ilə üz-üzə gələcək.

Görüş Tbilisi şəhərindəki İdman Sarayında, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib.

Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

Seçilən
15
7
far.az

10Mənbələr