AZ

"Miniboss Biznes Məktəbi"nin təsisçisi: "Forumda təqdim edilən layihələr dünyada uğurlu startaplardan birinə çevrilə bilər"

Bakıda keçirilən 6-cı Startap Forumunda təqdim olunan ideyalar bir neçə ildən sonra uğurlu startaplardan birinə çevrilə bilər.

"Report" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin təsisçisi Nərminə Həsənova Bakıda keçirilən 6-cı Startap Forumunda bildirib.

"Miniboss Biznes Məktəbi"nin təşkilatçılığı ilə keçirilən startap forumu üçün hər il komandalar formalaşan zaman bu prosesi diqqətlə izləyirəm. Bu tədris ilinin şagirdləri məhsul üzərində işləyərkən çox tez bir zamanda ortaq qərara gəliblər. Bu il uşaqlarımız eyni həvəslə və eyni sevgi ilə öz layihələrinə hazırlaşıblar. Həyat keçici, ideya isə qalıcıdır. Mən inanıram ki, bir neçə ildən sonra burada bu gün dinlədiyimiz hər hansı bir ideya dünyanın ən uğurlu startaplarından birinə çevrilə biləcək", - deyə o vurğulayıb.

N.Həsənova "Miniboss Biznes Məktəbi"nin müəllimlərinin rolunu xüsusilə qeyd edib: "Onlar şagirdlərin təkcə müəllimləri deyil, həm də həmfikirləri və dostlarıdır. Bu da uşaqların gələcəkdə azad sahibkar kimi yetişməsində çox müsbət rol oynayır".

Seçilən
11
far.az

1Mənbələr