ain.az, Cebheinfo saytına istinadən bildirir.
Bir aydan çox davam edən müharibə nəticəsində İranda 3 mindən çox insan həlak olub.
“Cebheinfo.az” bunu “HRANA” agentliyinə istinadən xəbər verir.
İranın Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscidi "Mizan" agentliyinə verdiyi müsahibədə bildirib ki, ölkə miqyasında düşmən zərbələri nəticəsində həlak olan 3 000-dən artıq şəxsin meyiti ailələrə təhvil verilib.
“Meyitlərin təqribən 40 faizini tanımaq qeyri-mümkün idi, lakin məhkəmə-tibbi ekspertiza qurumunun imkanları və ehtiyatlarından istifadə edilərək onların şəxsiyyəti müəyyənləşdirildi və mərhumların ailələrinə verildilər", - deyə o bildirib.
A.Məscidi meyitlərin kimliyinin müəyyənləşməsi üzərində işlərinin davam etdiyini də qeyd edib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.