AZ

Pakistan ABŞ və İran arasında danışıqların konstruktiv keçəcəyinə inanır

ABŞ və İran nümayəndə heyəti arasında İslamabadda aparılacaq danışıqların konstruktiv keçəcəyinə inanırıq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Naziri İşaq Dar bildirib.

Dar tərəflərin İran münaqişəsi ilə bağlı davamlı və dayanıqlı həll yolu tapması üçün Pakistan hökumətinin vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.

ABŞ vitse-prezidenti Cey Di Vensi qarşılayan XİN rəhbəri Amerika Birləşmiş Ştatlarının davamlı regional və qlobal sülhə nail olmağa olan sadiqliyini təqdir edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Seçilən
5
2
day.az

3Mənbələr