AZ

Hürmüz boğazında mina böhranı: İdarəolunmaz təhlükə və texniki maneələr

İran Hörmüz boğazındakı bütün minaları aşkar etmək və zərərsizləşdirmək iqtidarında deyil. “New York Times” (NYT) nəşrinin məlumatına görə, boğazın xaotik şəkildə minalanması naviqasiya üçün ciddi risklər yaradır.

ABŞ kəşfiyyatı qeyd edir ki, minaların bir hissəsi qeydiyyata alınmayıb və dəniz axınları ilə sərbəst şəkildə hərəkət edə bilər. Minaların dəqiq sayı və koordinatları naməlum qaldığı halda, ABŞ hərbçilərinin də ərazini sürətlə təmizləmək üçün kifayət qədər texniki vəsaiti yoxdur.

NOCOMMENT.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi boğazın “texniki məhdudiyyətlər nəzərə alınmaqla” açılacağını bəyan edib. Vaşinqtondakı mənbələr hesab edir ki, bu ifadə birbaşa minalardan təmizləmə prosesində yaranan ciddi çətinliklərə işarədir. Regionun əsas enerji arteriyası sayılan bu su yolu, minaların yaratdığı təhdid səbəbindən hələ də qlobal təhlükəsizlik üçün qeyri-müəyyənlik mənbəyi olaraq qalır.

Sara,
NOCOMMENT.az

Seçilən
18
nocomment.az

1Mənbələr