AZ

Baş nazir mediadan çox sosial şəbəkələrə üstünlük verir

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaponiyanın Baş naziri Sanae Takaiçi ənənəvi mətbuatla ünsiyyətdən daha çox sosial şəbəkələr vasitəsilə çıxış etməyə üstünlük verir.

Modern.az xəbər verir ki, Takaiçi Baş nazir postunda olduğu 5 ay ərzində jurnalistlərlə cəmi 34 dəfə ünsiyyətdə olub. Bu göstərici onun sələfləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, Fumio Kişida bu rəqəmi 90, Şigeru İşiba isə 57 dəfə səviyyəsində saxlayıb.

Məlumata görə, Baş nazir ənənəvi brifinqlər əvəzinə əsasən “X” sosial şəbəkəsindən istifadə edir. O, indiyədək bu platformada 370 paylaşım edib.

Baş nazirin ətrafından bildirilib ki, bu yanaşma onun mövqeyini birbaşa auditoriyaya çatdırmağa imkan verir. Xüsusilə gənclərlə əlaqə qurmaq üçün bu üsulun daha effektiv olduğu qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
modern.az

1Mənbələr