AZ

Macarıstanın müxalifəti seçkilərdən sonra iğtişaşlar törədə bilər Ekspert

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanın siyasi müxalifəti, qarşıdakı 12 aprel parlament seçkilərində məğlub olacağı təqdirdə iğtişaşlar və hakimiyyətlə toqquşmalar törədə bilər.

Bizimyol.info xəbər verir ki, u barədə mətbuata hərhində beynəlxalq diskussiya klubu “Valday”ın üzvü, macarıstanlı politoloq Qabor Ştir bildirib.

Ekspertin fikrincə, əgər seçkilərdə Baş Nazir Viktor Orbanın rəhbərlik etdiyi “FIDES – Macarıstan Vətəndaş Birliyi” qalib elan edilərsə, müxalif “Tisa” partiyası nəticələri tanımaya və tərəfdarlarını küçələrə çıxarmağa cəhd göstərə bilər. “Əgər FIDES qalib gələrsə, bu, demək olar ki, yüzdə 100 baş verə bilər”, – deyə Ştir vurğulayıb.

Politoloq əlavə edib ki, bu halda müxalif nümayişçilərlə polis arasında kütləvi toqquşmalar və iğtişaşlar mümkündür. Hakimiyyət ictimai asayişi təmin etmək üçün tədbirlər görməli olacaq, lakin bunu qanun çərçivəsində və diqqətlə etməlidir.

Ştir qeyd edir ki, FIDES və onun kiçik tərəfdaşı – Xristian Demokratları – qalib gəlsə, “Tisa” partiyası seçki nəticələrinin qanuniliyini şübhə altına almağa çalışacaq. Bunun üçün müxalifət əvvəlcədən rus müdaxiləsi ilə bağlı narrativ qurub ki, seçkilərdən sonra bu hekayə Qərb tərəfdarlarının dəstəyi ilə yenidən canlana bilər. Ekspertin fikrincə, nəticələrin legitimliyini şübhə altına almaq cəhdləri, etirazçı seçiciləri qanunsuz hərəkətlərə təşviq edə bilər.

“Böyük, amma həyata keçməyən gözləntilər, siyasi opponentlərə nifrət hissi ilə birləşəndə "partlayıcı qarışıq" yaranır”, – deyə Ştir qeyd edib.

Politoloq əlavə edib ki, ölkə dərin bölünmə vəziyyətindədir və çoxları inanır ki, seçkilərin nəticəsi Macarıstanın gələcəyini müəyyən edəcək. “Mərclər həqiqətən yüksəkdir, mən də belə düşünürəm”, – deyə Ştir bildirib, lakin əlavə edib ki, heç bir halda bu zorakılığa və qanun pozuntularına yol açmamalıdır.

10 aprel tarixində Baş Nazir Orban Macarıstan vətəndaşlarına müraciətində hökumət əleyhdarlarının “hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinməyəcəyini” bildirib. Onun sözlərinə görə, bu şəxslər “xarici kəşfiyyat orqanları ilə əlbir olur”, siyasi opponentlərə hədə-qorxu gəlir və iğtişaşlar təşkil etməyə hazırlaşırlar. Baş Nazir hesab edir ki, seçkiləri delegitimləşdirmək və “Macarıstan xalqının qərarını şübhə altına almaq” üçün təşkil olunmuş cəhdlər var.

Son günlər sosial şəbəkələrdə “Tisa” partiyasının fəalları seçki nəticələrini tanımamağa və FIDES qalib elan olunarsa küçələrə çıxmağa çağırırlar. Müxalifət seçkilərdən sonra bazar günü axşamı paytaxtın bir meydanında mitinq keçirməyi planlaşdırır. Partiyanın tərəfdarları FIDES koalisiyasının liderlərinin, o cümlədən Orbanın toplaşacağı Mərkəzi Seçki Komissiyasının və Balna mədəniyyət mərkəzinin yaxınlığında güclərini nümayiş etdirməyi təklif edirlər.

Polis isə ölkə üzrə təhlükəsizlik tədbirlərini gücləndirəcəyini, seçki məntəqələrinin yaxınlığında vəziyyəti izləyəcəyini və ictimai asayişi təmin edəcəyini bildirib.

Qeyd edək ki, Macarıstanda seçkiqabağı sükut günü yoxdur. Səsvermə günündə yalnız KİV-də siyasi reklam və seçki məntəqələrindən 150 metr radiusda təşviqat qadağandır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
icma.az

1Mənbələr