AZ

İran parlamentinin sədri: Niyyətimiz yaxşıdır, amma etimadımız yoxdur

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslamabad hava limanında jurnalistlərə açıqlama verərək, ABŞ ilə aparılan danışıqlara münasibət bildirib. 

"Cebheinfo.az" xəbər ku, O, ABŞ-nin vitse-prezidenti Vensin son açıqlamalarına cavab verib. Qalibaf qeyd edib ki, İranın ABŞ ilə əvvəlki danışıqları hər zaman uğursuzluqla və verilən sözlərin tutulmaması ilə nəticələnib: 

“Bir ildən az müddətdə iki dəfə danışıqlar davam etdiyi halda, İran tərəfinin xoş niyyətinə baxmayaraq bizə hücum edilib və çoxsaylı hərbi cinayətlər törədilib. Xoş niyyətimiz var, amma etimadımız yoxdur”. 

Qalibaf əlavə edib ki, İslamabadda keçirilən danışıqlarda ABŞ tərəfi real razılaşmaya hazır olarsa və İran xalqının hüquqlarını tanıyarsa, Tehran da razılaşmaya açıqdır: 

“Mövcud müharibə şəraitində onlara göstərdik ki, əgər danışıqlardan nəticəsiz bir şou və aldatma vasitəsi kimi istifadə etmək istəsələr, biz də Allaha iman edərək və xalqımızın gücünə arxalanaraq öz haqqlarımızı əldə etməyə hazırıq”. 

Əfsanə 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr