AZ

Sumqayıtda köşkün içində kişi meyiti tapıldı VİDEO

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt şəhərində kişi meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin 14-cü məhəlləsində qeydə alınıb.

Baku TV-nin xəbərinə görə, 46 yaşlı Anar Abdurrahmanovun cansız bədəni səhər saatlarında ərazidən keçən vətəndaşlar tərəfindən avtobus dayanacağına bitişik köşkdə aşkarlanıb. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
3
azxeber.com

4Mənbələr