AZ

"Miniboss Biznes Məktəbi"nin keçirdiyi startap forumlarda indiyədək 90-dan çox layihə təqdim edilib

"Miniboss Biznes Məktəbi"nin təşkilatçılığı ilə keçirilmiş startap forumlarında indiyədək 90-dan çox layihə təqdim olunub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında məktəbin təsisçisi Nərminə Həsənova bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu keçirilir: "Bu Forumda 20 komanda çıxış edəcək və 20 layihə təqdim olunacaq. Ümumilikdə isə 6 il ərzində 90-dan çox layihə təqdim olunub. Münsiflər heyəti iştirakçıları dəyərləndirəcək, sponsorlar isə onlara qrantlar verəcək. Bundan sonra 2 ay ərzində uşaqlarımız yenidən bu səhnəyə çıxaraq, artıq qrantlardan istifadə edərək hazır məhsul və xidmətlərini münsiflər heyətinin qarşısında nümayiş etdirəcəklər".

N.Həsənova deyib ki, bu ilin iyulunda İsveçrənin Davos şəhərində uşaqlar və yeniyetmələr arasında startaplar üzrə dünya çempionatı keçiriləcək: "Qeyd etmək istərdim ki, "Miniboss Biznes Məktəbi"nin Azərbaycan nümayəndəliyi iki dəfə dünya çempionu statusu qazanıb, iki dəfə ikinci yerin, iki dəfə isə üçüncü yerin sahibi olub. Mən bütün uşaqlara uğurlar arzulayıram. İnanıram ki, yaxın gələcəkdə bu gün dinlədiyimiz hər hansı bir biznes ideya dünyanın ən uğurlu startaplarından birinə çevriləcək".

Seçilən
32
far.az

1Mənbələr