AZ

Sabiq Qalatasaray lı karyerasını bitirdi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Fernando Rejes peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, 38 yaşlı braziliyalı bunu sosial şəbəkə hesabında açıqlayıb.

Rejes futbolun ona intizam, cəsarət və fədakarlıq kimi dəyərlər qazandırdığını vurğulayıb.

Fernando 2017-2019-cu illər aralığında "Qalatasaray"ın heyətində çıxış edib. İstanbul klubunda 58 matça çıxan "sambaçı" 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2 dəfə Türkiyə çempionu və 1 dəfə ölkə kubokunun qalibi olub.

Braziliyalı futbolçu peşəkar karyerası ərzində "Vila Nova" (Braziliya), "Portu" (Portuqaliya), "Eştrela" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya) və "İnternasional" (Braziliya) klublarında da top qovub.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
fanat.az

5Mənbələr