AZ

1999 cu ildən Cibutiyə rəhbərlik edən İsmayıl Ömər Qelle yenidən ölkə prezidenti seçilib

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cibutinin fəaliyyətdə olan Prezidenti İsmayıl Ömər Qelle 97,8 % səs toplayaraq növbəti prezident seçkilərində qalib gəlib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Cibutinin dövlət KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, seçici fəallığı 80,4 % təşkil edib.

2021-ci ildə keçirilmiş əvvəlki seçkilərdə də Qelle 97 %-dən çox səs toplamışdı.

Xatırladaq ki, 78 yaşlı İsmayıl Ömər Qelle 1999-cu ildən Cibutinin Prezidentidir.

2025-ci ilin oktyabrında parlament prezidentliyə namizədlər üçün 75 yaş məhdudiyyətinin ləğv edilməsinin lehinə səs verib, həmçinin yeni konstitusiyanın təsdiqlənməsi üçün əvvəllər məcburi olan referendumdan imtina edib.

Əhalisi 1 milyondan az olan Cibutinin ərazisində ABŞ, Çin, Fransa, İtaliya və Yaponiyanın hərbi bazaları yerləşdirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
cebheinfo.az

5Mənbələr