AZ

Alina Xələfova: "Şagirdlər startap forumlarında təqdimat bacarıqlarını inkişaf etdirirlər"

Şagirdlər "Miniboss Biznes Məktəbi"nin təşkilatçılığı ilə keçirilən startap forumlarında iştirak etməklə öz təqdimat bacarıqlarını inkişaf etdirirlər.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Miniboss Biznes Məktəbi"nin direktoru Alina Xələfova bildirib.

Onun sözlərinə görə, ideya həyata keçiriləndə, xüsusən də bunu uşaqlar edəndə, bu, artıq o deməkdir ki, onlar real həyatda müəyyən təcrübə qazanırlar: "Ola bilsin ki, gələcəkdə bu ideyalar sayəsində bu uşaqlar çox tanınmış iş adamları olsunlar. Biz çox şadıq ki, hər il uşaqlara öz ideyalarını canlı auditoriya önündə təqdim etmək və çıxış etmək üçün belə geniş platforma yaradırıq. Bununla da uşaqlar öz təqdimat bacarıqlarını inkişaf etdirirlər. Onlar burada əsasən özünə inamsızlığa və həyəcana qalib gəlməyi öyrənirlər. Uşaqlara erkən yaşlarından insanların qarşısında çıxış etmək kimi vərdişləri aşılamaq çox vacibdir".

A.Xələfova vurğulayıb ki, "Miniboss Biznes Məktəbi"nə uşaqlar sentyabr ayından qəbul olunurlar: "Yəni akademik il sentyabrda başlayır. Ümumilikdə bir akademik il 10 ay davam edir. Onlar dərhal deyil, təxminən noyabr ayından etibarən hansısa ideya üzərində işləməyi düşünməyə başlayırlar. Əlbəttə, bir komandada çox uşaq olanda fikir ayrılıqları da çox olur: xüsusən də komandada həm oğlanlar, həm də qızlar varsa. Buna görə də uşaqlar hər zaman çox mürəkkəb layihələr düşünürlər. Bəzən bunlar çox vaxt aparan, həddindən artıq çətin layihələr olur. Lakin biz uşaqlara izah etməyə çalışırıq ki, əsas məsələ ideyanın özü deyil, təcrübədir. Məqsəd uşaqların öyrəndiklərini canlı praktikada tətbiq etmələridir. Ən vacibi təcrübə toplamaqdır. Beləliklə, hazırlıq noyabrdan aprelə qədər davam edir. Aprel ayında qrantı aldıqdan sonra uşaqlar artıq bu ideyanı həyata keçirirlər. İyun ayında isə milli çempionatda uşaqlar artıq hazır məhsul ilə gəlir və eyni qaydada münsiflər heyəti qarşısında çıxış edirlər. Həmin vaxt münsiflər onları 5 kriteriya üzrə qiymətləndirir və bundan sonra birinci, ikinci, üçüncü yerlər üçün ən yüksək gəlirli layihələr seçilir".

Seçilən
20
1
far.az

2Mənbələr