AZ

Reuters: İranın yeni Ali lideri ağır yaralanıb və sifəti tanınmaz hala düşüb...

Müctəba Xamenei ciddi xəsarətlər alıb, ayaqlarından birini itirmiş ola bilər, buna baxmayaraq qərarların qəbulunda iştirak edir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentliyin mənbələrinin iddiasına görə, İranın yeni Ali lideri Müctaba Xamenei ağır və sifətində dərin iz buraxan yaralar alıb. 

Məlumata görə, 56 yaşlı Modjtaba Xamenei hazırda aldığı yaralardan sonra sağalma mərhələsindədir və psixi vəziyyəti sabit olaraq qalır. Reuters-in yazdığına əsasən, o, ictimaiyyət qarşısına çıxmasa da, audioformatda keçirilən müşavirələrə qoşulur və müharibə, eləcə də Vaşinqtonla aparılan danışıqlar daxil olmaqla vacib qərarların müzakirəsində iştirak edir. 

Agentliyin mənbələri bildirirlər ki, Xamenei fevralın 28-də, müharibənin ilk günündə baş verən hücum zamanı yaralanıb. Həmin hücum nəticəsində onun atası, İranın keçmiş Ali lideri Əli Xamenei və ailəsinin digər üzvləri həlak olub. Reuters-ə danışan, ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbə isə bildirib ki, mövcud məlumatlara görə, Müctaba Xamenei ayaqlarından birini itirib.

Məqalədə qeyd olunur ki, İranın yeni Ali lideri təyin olunduqdan sonra indiyədək ictimaiyyət qarşısında görünməyib və bu, ölkə daxilində müxtəlif fərziyyələrin yayılmasına səbəb olub. Reuters-ə danışan, Xameneinin çevrəsinə yaxın mənbələrdən biri bildirib ki, onun görüntülərinin bir-iki ay ərzində yayımlanacağı gözlənilir və səhhəti, eləcə də təhlükəsizlik vəziyyəti imkan versə, gələcəkdə ictimaiyyət qarşısına da çıxa bilər.

Reuters qeyd edir ki, Müctəba Xameneinin fiziki vəziyyəti ilə bağlı qeyri-müəyyənlik davam etsə də, İran rəhbərliyində qərarvermə prosesindən tam kənarda qalmadığı iddia olunur. Bununla yanaşı, onun uzun müddət görünməməsi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Tehran rəhbərliyinin real vəziyyəti ilə bağlı sualları artırır. 

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr