AZ

Aprelin 12-də gözlənilən hava şəraiti açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Seçilən
24
49
ikisahil.az

10Mənbələr