“Arsenal”ın baş məşqçisi Mikel Arteta mətbuat konfransında gələcəyi ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, daha əvvəl mətbuatda müxtəlif məlumatlar dərc olunmuşdu – “Arsenal”ın Artetanın müqaviləsini uzatmaq istədiyi, həmçinin komandanın mövsümü kuboksuz başa vuracağı təqdirdə ispaniyalı mütəxəssisin işdən çıxarıla biləcəyi bildirilir.
“Xeyr, bu barədə heç bir xəbər yoxdur. Bütün diqqətimiz mövsümün sonuna qədər nə etməli olduğumuza yönəlib. Mən bu yerə tamamilə sadiqəm. Xoşbəxtəm və özümü yaxşı hiss edirəm. Ailəm yaxşı vəziyyətdədir. Klubumuzun böyük ambisiyaları var və biz yaxşı vəziyyətdəyik”, – Arteta jurnalistlərə bildirib.