AZ

Sadio Mane Türkiyə yolunda: İki Superliqa klubu ulduz futbolçu üçün hərəkətə keçdi

Seneqal milli komandasının kapitanı Sadio Manenin karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi gözlənilir.

Moderator.az xəbər verir ki, təcrübəli hücumameyilli oyunçu üçün həm "Beşiktaş", həm də İstanbulun digər təmsilçisi "Başakşəhər" elçi düşüb.

Hazırkı klubu "Ən-Nəsr"lə müqaviləsinin 2026-cı il iyunun 30-da başa çatmasına baxmayaraq, futbolçunun özü Türkiyə yaşıl meydanlarında çıxış etməyə isti yanaşır. Ulduz oyunçunun transferlə bağlı yekun qərarını isə cari mövsümün sonuna yaxın açıqlayacağı bildirilir.

Xatırladaq ki, Sadio Mane 2023-cü ilin avqustundan Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.

Seçilən
35
2
moderator.az

3Mənbələr