AZ

Gəncə prospektində sürüşmə baş verib

Bakı. Trend:

Son günlər Abşeron yarımadasında müdahidə olunan intensivatmosfer çöküntülərinin düşməsi nəticəsində Gəncə prospekti, 29/35ünvanında sərt yamacda səthi yuyulma prosesləri nəticəsində sürüşməhadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyininidarə heyətinin sədri Əli Vəliyev məlumat verib.

Onun sözlərinə görə, proses lokal xarakterli olub,tikintimərhələsində yamacın səthi kəsilmiş hissəsində nisbətən yumşaqsüxurların yağış suları hesabına yuyulması və islanması nəticəsindəbaş verib:

"Bu gün səhər saatlarında 3-4 kub həcmində süxur kütləsininislanaraq yamac boyu uçması hesabına sürüşmə hadisəsi qeydə alınıb.Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii SərvətlərNazirliyinin nümayəndələri tərəfindən ərazidə araşdırmalaraparılır, eyni zamanda əhali məlumatlandırılır".

Qeyd edək ki, bu gün Qubada Aydınkənd kəndində sürüşmə hadisəsibaş verib.

Seçilən
33
1
az.trend.az

1Mənbələr