AZ

Orbana qarşı etiraz konsertinə 100 mindən çox insan toplaşıb


Macarıstanın paytaxtı Budapeşt şəhərində baş nazir Viktor Orban əleyhinə genişmiqyaslı mitinq-konsert təşkil olunub.
Yeniavaz.com
“Associated Press”ə istinadən xəbər verir ki, tədbirdə 100 mindən çox insan iştirak edib.
“Rendszerbonto” (“Sistem Dağıdıcı”) adlı konsert aprelin 10-u axşam saatlarında şəhərin məşhur Qəhrəmanlar Meydanı meydanında başlayıb və 7 saatdan artıq davam edib. Tədbirdə onlarla tanınmış macar musiqiçisi səhnəyə çıxaraq hökuməti tənqid edən mahnılar ifa edib.
İfaçılar çıxışları zamanı hökumət əleyhinə şüarlar səsləndirib və seçiciləri Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyasına səs verməməyə çağırıblar. Konsert vətəndaş təşəbbüsü tərəfindən təşkil olunub və əsas məqsəd seçkilər ərəfəsində seçici fəallığını artırmaq olub.
Məlumata görə, aksiyada xüsusilə gənclərin fəal iştirakı diqqət çəkib.
Seçilən
20
1
yeniavaz.com

2Mənbələr