AZ

Münasibətiniz dağılırsa, bu 3 siqnalı qaçırmayın

Psixoloq Silviya Severino münasibətlərin tezliklə bitə biləcəyini göstərən üç əsas davranış əlamətini açıqlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə o, "El Economista" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, ilk əlamət partnyorun dəyişkən əhvalıdır. Belə ki, bir gün mehriban və diqqətli olan insan, digər gün soyuq və uzaq davrana bilər. Psixoloq bildirir ki, bu, sizin davranışınızla bağlı deyil, sadəcə o, artıq emosional olaraq uzaqlaşmağa başlayıb, lakin hələ ayrılmağa cəsarət etmir.

İkinci əlamət emosional məsafənin artmasıdır. Severinonun sözlərinə görə, belə hallarda partnyor daha az ünsiyyət qurur və münasibəti qorumaq üçün səy göstərmir. Əksinə, qarşı tərəf münasibəti davam etdirməyə çalışsa da, o, prosesin öz-özünə dağılmasına imkan verir.

Üçüncü əlamət isə tez-tez səslənən ittihamlardır. Psixoloq qeyd edir ki, bəzi insanlar qəsdən münaqişə yaradır ki, gələcəkdə ayrılığı bu səbəblərlə əsaslandıra bilsin.

Həmidə İbrahimova

Seçilən
41
1
olke.az

2Mənbələr