Bu ilin iyun ayında keçiriləcək seçkilərə hazırlaşan Ermənistanın baş naziri Nikol Paşinyan yenə də qeyri-adi və kreativ davranışı ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bu dəfə Paşinyan onu müşayiət edən avtobusa xüsusi səs siqnalı yerləşdirdiyini açıqlayıb.
Onun sözlərinə görə, bu addım vətəndaşlarla daha fərqli və “ünsiyyətli” salamlaşma üsulu yaratmaq məqsədi daşıyır:
“Bu ideya qəfil yarandı. Çünki çox hallarda insanlar bizə əl işarələri ilə salam verirdilər, amma biz onların salamına cavab vermirdik. Mən indi salamla çıxış edirəm və buna görə avtomobilin səs siqnalını buraya gətirmişik, buradan istifadə edirik. Vətəndaşlarımızı salamlayıram. Əgər siz bizə doğru gəlməsəniz belə, biz sizi yenə də salamlayırıq. Bilin ki, bu səs siqnalı buradadır və bu səsin müəllifi bizik, onunla sizi salamlayırıq. Sizi salamladığımıza görə sevinirik”.
Xalidə,
Musavat.com