AZ

Fransız üsulu ilə balığı cəmi 5 dəqiqəyə hazırla RESEPT

ain.az, Lent az saytına istinadən bildirir.

Bu, bütün ailə üçün uyğun olan sadə, ətirli və büdcəyə uyğun yüngül şam yeməyidir.

Lent.az bu resepti təqdim edir:

Fransız üsulu ilə balıq necə hazırlanır?

Bu balıq yeməyi ailənizin hər bir üzvünün xoşuna gələcək. Hazırlanması çox asandır və tavada qızartmağa ehtiyac yoxdur.

Tərkibi:

Balıq filesi - 400 qram

Xama - 2 xörək qaşığı

Qara istiot - ½ çay qaşığı

Xardal - 1 çay qaşığı

Soya sousu - 2 xörək qaşığı

Sərt pendir - 50 qram

Soğan - 2 ədəd

Kök - 2 ədəd

Duz, istiot - zövqə görə

Yağ - 2 xörək qaşığı

Hazırlanma qaydası

Əvvəlcə balıq filesini kiçik tikələrə bölün və soba qabını bitki yağı ilə yağlayın. Balığı qabın içində bir qat şəklində düzün. Marinad üçün xama, istiot, soya sousu və xardalı qarışdırın.

Hazırladığınız marinadı balığın üzərinə bərabər şəkildə yayın və bir neçə dəqiqə marinadlanması üçün saxlayın. Kökləri sürtgəcdən keçirin, soğanı isə xırda doğrayın. Tərəvəzləri tavada bir qədər qızardın, duz və istiot əlavə edib qarışdırın. Daha sonra bu qarışığı marinadlı balığın üzərinə əlavə edin.

Sonda pendiri sürtgəcdən keçirib ən üst qat kimi əlavə edin. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
lent.az

1Mənbələr