AZ

“Sülh Körpüsü” təşəbbüsü Azərbaycan–Ermənistan münasibətlərində yeni format yaradır - Fərhad Məmmədov

Bakı. Trend:

Vətəndaş cəmiyyətinin nümayəndəsi əvvəlcə Ermənistana, dahasonra Azərbaycana səfər edib. Hazırkı mərhələdə bu səfərin simvolikəhəmiyyəti ondan ibarətdir ki, keçid delimitasiya və demarkasiyaolunmuş hissədən, quru sərhəd vasitəsilə həyata keçirilib.

Trend-inxüsusi müxbiri xəbər verir ki, bu barədə "Sülh Körpüsü"təşəbbüsünün kuratoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinindirektoru Fərhad Məmmədov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, burada bütün sərhəd-keçid prosedurlarıyerinə yetirilib:

"Eyni zamanda, Ermənistan Respublikasının sərhədləri açıqolduğundan xüsusi prosedurlar tətbiq olunmayıb. Lakin AzərbaycanRespublikasının quru sərhədləri bağlı olduğu üçün bütün zəruridövlət prosedurları icra edilib.

Vaşinqton sammitində sülh gündəliyi təsdiq edilib və buçərçivədə dövlətlərarası yüksək səviyyəli dialoq mövcuddur. Budialoqa həm liderlər, həm də dövlət strukturları daxildir. İqtisadimünasibətlər də formalaşmaqdadır; buraya tranzitin həyatakeçirilməsi və birbaşa ticarət əlaqələri aiddir. Bununla yanaşı,vətəndaş cəmiyyəti səviyyəsində dialoq artıq mövcuddur və davametdirilir.

“Sülh Körpüsü” təşəbbüsünün digər formatlardan əsas fərqi ondanibarətdir ki, əvvəlki illərdə bu tip dialoq platformaları əsasənüçtərəfli formatda – vasitəçi və ya donor təşkilatların iştirakıilə həyata keçirilirdi. Hazırda isə proses dövlət dəstəyi iləaparılır və vətəndaş cəmiyyəti nümayəndələri də bu prosesdə birbaşaiştirak edir.

Bugünkü görüş çərçivəsində dörd müzakirə sessiyası təşkilolunub. İlk iki sessiya daha çox politoloji xarakter daşıyıb vəgeosiyasi vəziyyətin, regiondakı mövcud şəraitin sülh prosesinətəsiri, eləcə də yaratdığı imkanlar müzakirə edilib. Üçüncü vədördüncü sessiyalar isə birbaşa vətəndaş cəmiyyətinin rolu vəgələcək fəaliyyət istiqamətlərinə həsr olunub.

Görüş çərçivəsində artıq ənənə halını almış dövlət rəsmiləri iləgörüşlər də keçirilib. Bu çərçivədə Azərbaycan RespublikasıPrezidentinin köməkçisi Hikmət Hacıyevlə görüş baş tutub. İkisaatdan artıq davam edən görüşdə Ermənistan nümayəndələrininçoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb", - FərhadMəmmədov qeyd edib.

Seçilən
28
2
az.trend.az

3Mənbələr