AZ

Müctəba Xamaneyinin səhhəti suallar doğurur

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İranda Əli Xameneyinin öldürülməsindən sonra yeni dini lider seçilən Müctəba Xamaneyinin sağlamlıq vəziyyəti ilə bağlı müzakirələr davam edir.

"Cebheinfo.az" xəbər verir ki, Müctəba Xamaneyinin sağlamlıq vəziyyətinə dair “Reuters”-də dərc olunan xəbərə görə, Xamaneyi İsrail və ABŞ-nin ilk hücumunda çox ağır yaralanıb və müalicəsi davam edi.

Nəşrin Xamaneyinin yaxın çevrəsindən üç nəfərdən əldə etdiyi məlumata görə, Müctəba Xamaneyi atası Ayətullah Xamaneyinin öldürüldüyü 28 fevraldakı ilk hücum zamanı ağır yaralanıb.

Hər üç mənbə Tehranın mərkəzində Xamaneyinin iqamətgahına təşkil edilən hücumda Xamaneyinin üzünün zədələndiyini və bir yaxud hər iki ayağından ciddi xəsarətlər aldığını bildirib.

Buna baxmayaraq, 56 yaşlı yeni dini liderin müalicə prosesi müsbət irəliləyir və o, zehni kəskinliyini qoruyub saxlayır.

Mənbələrdən ikisi Xamaneyinin səsli konfrans vasitəsilə yüksək rütbəli rəsmilərlə iclaslara qatıldığını, müharibə və Vaşinqton ilə danışıqlar daxil olmaqla mühüm mövzularda qərar qəbulu prosesində iştirak etdiyini söyləyib.

Xamaneyinin yaxın çevrəsindəki şəxslərin ifadələri liderin vəziyyətinə dair həftələrdir verilən ən ətraflı açıqlamaları ehtiva edir.

Digər tərəfdən, Xamaneyinin harada olduğu, vəziyyəti və idarəetmə qabiliyyəti hələ də tam olaraq bilinmir. 8 martda atasının yerinə dini lider seçilən Müctəba Xamaneyi indiyə qədər görüntülü şəkildə ictimaiyyətə müraciət etməyib və səs yazısı yayımlanmayıb.

Bunun əvəzinə, onun adından verilən bəyanatlar yazılı şəkildə ictimaiyyətlə bölüşülüb.

Xamaneyinin sağlamlıq vəziyyəti barədə İrandan rəsmi bir açıqlama verilməyib. Lakin dövlət televiziyasındakı bir xəbər aparıcısı, Xamaneyinin dini lider elan edilməsindən sonra onu müharibədə ağır yaralananlar üçün istifadə edilən "canbaz" termini ilə xarakterizə edib.

Xamaneyinin yaralanması ilə bağlı xəbərlər ABŞ müdafiə naziri Pit Heqsetin 13 martda verdiyi və Xamaneyinin "yaralandığını və ehtimal ki, üzünün deformasiyaya uğradığını" dediyi açıqlama ilə üst-üstə düşür.

ABŞ kəşfiyyat qiymətləndirmələri ilə tanış olan bir mənbə “Reuters”-ə Xamaneyinin bir ayağını itirdiyini düşündüklərini də bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr