AZ

İranlı diplomatların sarsıdıcı mesajı: Görün nə etdilər – FOTOLAR

İranın parlament spikeri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti İslama-bada qeyri-adi və emosional simvollarla gəlib. Nümayəndə heyətini daşıyan təyyarənin ön oturacaqlarında ABŞ və İsrailin hava zərbələri zamanı Minab şəhərində həlak olan məktəblilərin fotoları yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu sarsıdıcı mənzərə təkcə fotolarla kifayətlənməyib; oturacaqlara həmçinin həmin uşaqlara məxsus məktəbli çantaları, ayaqqabılar və ağ güllər də düzülüb. Məhəmməd Bağır Qalibaf sosial şəbəkə hesabında bu görüntüləri paylaşaraq, “bu uçuşda yol yoldaşlarım” ifadəsini işlədib. Tehranın bu addımı 11 aprel danışıqları öncəsi diplomatik masada müharibənin gətirdiyi humanitar faciəni və “Minab qurbanlarını” diqqət mərkəzinə gətirmək məqsədi daşıyır.

Sara,
NOCOMMENT.az

Seçilən
33
nocomment.az

1Mənbələr