AZ

"Barsa"nın məşqini yarımçıq tərk edən Yamalın son vəziyyəti bilindi

"Barselona"nın gənc ulduzu Lamin Yamal komandasının məşqini yarımçıq tərk edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Məlumata görə, tibbi müayinə zamanı 18 yaşlı v7ngerin ciddi zədəsi almadığı, əzələsində yüngül gərilmə olduğu üzə çıxıb.

Onun aprelin 11-də "Espanyol"a qarşı oynamaq ehtimalı yüksəkdir.

Yamal cari mövsüm bütün turnirlərdə 42 matça çıxaraq 21 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya millisinin üzvünün "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. 

Toğrul

Seçilən
9
fanat.az

1Mənbələr