AZ

ABŞ İranın şərtlərini qəbul etmədi

BAKI, 11 aprel. TELEQRAF

ABŞ İranın irəli sürdüyü şərtlər üzrə Tehranla hələlik razılaşma əldə etməyib.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

İranın dövlət televiziyası bundan əvvəl məlumat yaymışdı ki, Pakistan Baş naziri Şahbaz Şərif ilə görüş zamanı İran nümayəndə heyəti Tehranın Amerika tərəfi ilə danışıqlarla bağlı mövqeyini izah edib. Nümayəndə heyətinin sözlərinə görə, İran Hörmüz boğazına nəzarət, təzminat, Tehranın dondurulmuş aktivlərinin açılması və regional atəşkəs kimi məsələlərdə güzəştə getmək niyyətində deyil.

Seçilən
37
teleqraf.com

1Mənbələr