AZ

Qohumunun məzarının yanında “Mercedes” basdırdı

Çində bir yerli sakin öz qohumunun məzarı yaxınlığında “Mercedes-Benz S-klass” markalı nümayəndəlik sedanını torpağa basdırıb. Lakin sonradan onun bu avtomobili yenidən çıxarması lazım gəlib, çünki etdiyi hərəkət bir sıra hüquqi normalara zidd olub.

NOCOMMENT.az xəbər verir ki, cəmiyyətdə geniş müzakirələrə səbəb olan hadisə Lyaoyan şəhər dairəsinə daxil olan Qunçanlin rayonunun kənd ərazisində baş verib. İlkin məlumatlara görə, kişi xurafat inanclarının təsiri altında heç bir icazə almadan “Mercedes-Benz S450L” model avtomobili torpağa basdırıb. Bu tip yeni avtomobilin Çində bazar qiyməti təxminən təxminən 19 min ABŞ dolları təşkil edir.

Bu nəqliyyat vasitəsinin dövlət nömrə nişanında ard-arda dörd “8” rəqəmi yer alırdı. Çində “8” rəqəmi uğur gətirən hesab olunur, çünki onun tələffüzü “varlanmaq” və ya “çiçəklənmək” sözlərinə bənzəyir. Bu cür prestijli nömrə nişanları adi hərf-rəqəm kombinasiyalarından dəfələrlə baha başa gəlir və bəzən onların qiyməti bir neçə yüz min yuana qədər yüksəlir.

Vətəndaş bu qeyri-adi hərəkəti ilə eyni anda bir neçə hüquqi normanı pozub: yol hərəkəti təhlükəsizliyi haqqında qanunvericiliyi, meşə sahələrinin mühafizəsi ilə bağlı qanunu, eləcə də dəfn mərasimləri və basdırılma qaydalarını tənzimləyən mövcud qaydaları./Lent.az/

Seçilən
17
1
nocomment.az

2Mənbələr