AZ

Hörmüz böhranı: ABŞ bazara girir – Trampdan “çoxlu boş tanker” mesajı

Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazının bağlanması ehtimalı fonunda ABŞ qlobal enerji bazarında aktiv rol almağa hazırlaşır.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trump (Tramp) bildirib ki, ölkədə neft və qaz yüklənməsi üçün çox sayda boş tanker artıq hazır vəziyyətdə saxlanılır.

Onun sözlərinə görə, bu tanker parkı qlobal bazarda yarana biləcək enerji boşluğunu dərhal doldurmaq imkanına malikdir.

Tramp vurğulayıb ki, ABŞ-ın enerji potensialı rəqiblərini açıq şəkildə üstələyir:

“Bizdə növbəti iki ən böyük neft iqtisadiyyatının cəmindən daha çox neft var və bu neft daha yüksək keyfiyyətlidir”.

Ekspertlərin fikrincə, Hörmüz boğazının bağlanması dünya neft tədarükünün mühüm hissəsinin dayanmasına səbəb ola bilər. Belə bir vəziyyətdə ABŞ-ın əlavə həcmdə neftlə bazara daxil olması qiymətlərin kəskin artımını qismən yumşalda bilər.

Qeyd edək ki, qlobal neft daşımalarının böyük hissəsi məhz Hörmüz boğazından keçir və bu marşrutun bağlanması dünya enerji bazarında ciddi sarsıntı yarada bilər. Bu baxımdan Vaşinqtonun hazırlıqları strateji addım kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
18
38
musavat.com

10Mənbələr