ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Bu gün və sabah yarmarkanın son günləridir. Hərdən adamlar kitaba endirim etməyimi istəyirlər. Onda kitabı bu insanlar üçün əhəmiyyətli etdiyimə görə sevinirəm. Endirim etmirəm. Amma hədiyyə edirəm.
Gununsesi.info xəbər verir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında paylaşıb.
O, yarmarkanı bu cür müşahidə edərək əlavə edib:
Elə adamlar da olur, gəlib məndən soruşur ki, bunlar pulladır? Onun düşüncəsinə görə bu ölkədə ancaq kitab pulsuz ola bilər. Yəni onun üçün kitab o qədər əhəmiyyətsizdir. Heç gedib dönər satana deyər ki, dönər pulsuzdur? Elə adamlar olur, deyir, qardaş, mən kitab oxuyan deyiləm, sənə 3, ya 5, 10 kitabın ödənişini edim, oxumaq istəyən adamlara hədiyyə verərsən. Elə adam da olur, hədiyyə istəyir, amma üzünə baxan kimi bilirəm ki, kitab oxuyan deyil, vermirəm. Kitab oxumayıb, mənə dəstək üçün alanları, ya xatirə kimi kitabımı evinə qoymaq üçün alanları başa düşdüm. Bəs sənin məqsədin nədir? Dəstək olmaq deyil, özün də oxumursan, bəs neynirsən bu hədiyyəni? Elə adam da olur, hədiyyə istəmir, sadəcə qiymətini soruşur, hiss edirəm ki, pulu var, amma o qədər dərdi var ki, kitab alım-yoxsa almayım arasında fikirləşir, o adama hədiyyə edirəm. Düz 1 aydır ki, hər gün səhərdən axşama kimi dönərin tüstüsündən adam görünməyən bir yerdə kitab satıram. Daha dəqiqi, təkcə kitab satmıram, burda həm də kitab yazıram. Mən Azərbaycan xalqını bir-bir tanıyıram.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.