AZ

2 qadının qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlandı

Abşeron rayonu, Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluqdan məlumat verilib.
 
Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
 
Seçilən
6
10
moderator.az

10Mənbələr