AZ

Azərbaycanda toylarla bağlı mühüm dəyişiklik – Artıq bəylə gəlin…

“Aprel ayında toyların sayında ötən illərə nisbətdə azalma yoxdur”.

Doğru.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a restoran sahibi Mürvət Həsənli toyların azalması iddiaları haqda danışarkən deyib.

O bildirib ki, apreldə toylarla bağlı kifayət qədər sıxlıq müşahidə olunur:

“Bu da Ramazan ayından sonrakı dövrün təbii nəticəsidir. Bildiyimiz kimi, Ramazan ayında toy mərasimləri keçirilmir, buna görə də həmin dövrdən sonra toyların sayında artım gözlənilən idi. May ayı ilə bağlı isə əvvəllərdən gələn inanc var ki, bu ayda toy etmək məsləhət görülmür. Lakin bu il mayındakı toyların sayı ötən illərin eyni dövrü ilə müqayisədə daha çoxdur. Bu artım, çox güman ki, qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədardır”.

Sahibkarın sözlərinə görə, ümumilikdə toyların və qonaqların sayında azalma var:

“Əvvəllər 500 nəfərlik toy edənlər indi daha çox 200-300 nəfərlə kifayətlənirlər. Eyni zamanda, aylıq toy sayı da azalıb. Əvvəl ay ərzində təxminən 60 toy keçirilirdisə, indi bu rəqəm 40-45 civarına düşüb. Bu dəyişikliklərin səbəbi kimi gənclərin daha kiçik və sadə toy mərasimlərinə üstünlük verməsi göstərilə bilər. Bununla yanaşı, bahalaşma və digər sosial-iqtisadi amillər də bu tendensiyaya təsir edir”.

DOĞRU.AZ

Seçilən
13
2
dogru.az

3Mənbələr