AZ

"Artemis II" missiyasının astronavtları Yerə qayıdıb (FOTO)

Bakı. Trend:

“Artemis II” missiyasının astronavtları Yerə qayıdıb. Onlarıdaşıyan kapsula Sakit okeanın San Dieqo sahillərində uğurlu enişedib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Bakı vaxtı ilə 02:40-da ekipaj üzvləriskafandrlarını geyiniblər. Həmin vaxt yerə 23,5 min kilometr məsafəqalırdı. Kapsul saniyədə 5 kilometr sürətlə hərəkət edirdi. Saat04:01-də ekipajla rabitə bərpa olunub və kapsul atmosferə daxilolub.

NASA Yerə geri dönən astronavtların ilk kadrlarınıyayımlayıb.

“Artemis II” NASA-nın “Artemis” proqramı çərçivəsində həyatakeçirilən ilk pilotlu Ay missiyası sayılır. Missiya çərçivəsindəastronavtlar Ay ətrafında dövrə vuraraq Yerə geri qayıdıblar.Missiyanın əsas məqsədi insanlı dərin kosmik uçuş sistemlərinisınaqdan keçirmək və gələcəkdə Ay səthinə eniş planlarına texnikizəmin yaratmaqdır.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr