AZ

Qurban Qurbanov 0:0-ı şərh edib Zubirin gedəcəyi ilə bağlı sualı cavablandırdı

Misli Premyer Liqasının 27-ci turunda "Şamaxı" ilə səfərdə 0:0 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:

"Futbolçularımıza və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilməsək də, sonadək mübarizə apardılar. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.

"Sabah"la xal fərqi çoxdur. 9 xal az deyil. Qarşıda maraqlı oyunlarımız var. Elə "Sabah"la iki oyunumuz var. Oyun keyfiyyətlərimizi yaxşılaşdırmalı və sonadək hər oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq. 

Heyətin genişləndirilməsi nəzərdə tutulub. Sıralarımıza daha çox futbolçu cəlb etməli və seçim edərkən diqqətli olmalıyıq. Həm yerli, həm də əcnəbi oyunçularımıza təkliflərin olması təbii ki, kluba mənfi təsir edir.

Abdullah Zubir Qətər klubuna gedirmi? Məndə belə bir məlumat yoxdur".

Nihat

Seçilən
23
1
fanat.az

2Mənbələr