Alessandro Bastoni hazırkı klubuna sadiqlik nümayiş etdirib.
"Football-plus.az" xəbər verir ki, “İnter”in müdafiəçisi “Barselona”nın təklifinə rədd cavabı verib.
“Corriere dello Sport” qəzetinin yaydığı məlumata görə, 26 yaşlı futbolçu yaxın gələcəkdə klubunu dəyişmək niyyətində deyil. İspaniya klubunun nümayəndələri oyunçunun çevrəsinə müraciət etsələr də, heç bir əsaslı danışıqlar apara bilməyiblər. Alessandro İtaliyada oynamağa davam etmək niyyətindədi. Elə “İnter”in rəhbərliyi də onu əsas müdafiə oyunçularından biri kimi görür.
Yeri gəlmişkən, ötən həftə bəzi mənbələr “İnter”in Bastoni üçün “Barselona”nın 45 milyon avroluq ilk təklifini rədd etdiyini və ən azı 60 milyon avroluq ödəniş tələb etdiyini iddia etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta