AZ

Təxribatçı Qaregindən yeni çıxış 

Fransanın paytaxtı Parisdə keçirilən diaspor konfransında erməni kilsə rəhbərinin mesajı diqqət çəkib.

Musavat.com xəbər verir ki, II Qaregin (Erməni Apostol Kilsəsinin rəhbəri) konfrans iştirakçılarına ünvanladığı müraciətdə erməni cəmiyyətinin “xarici və daxili çağırışlarla üz-üzə qaldığını” bildirib.

O, çıxışında erməni cəmiyyətində parçalanma, nifrətin yayılması və milli institutlara qarşı yönəlmiş addımların olduğunu iddia edib. Eyni zamanda Ermənistan–diaspor münasibətlərində problemlərin mövcud olduğunu vurğulayıb.

Mesajda diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” üçün birgə fəaliyyət göstərməsi çağırışı da yer alıb.

Bununla yanaşı, II Qaregin erməniləri “yad təsirlərdən uzaq durmağa” səsləyib.

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr