ABŞ və İran nümayəndə heyətləri arasında Pakistanda keçirilən yüksək səviyyəli danışıqların ilk mərhələsi təxminən iki saat davam edib. “Reuters”in Pakistan mənbələrinə istinadən verdiyi məlumata görə, gərgin keçən ilk müzakirələrdən sonra tərəflər fasilə elan ediblər. Hazırda heyətlər Serena otelində ayrılmış xüsusi zonalarda daxili məsləhətləşmələr aparırlar.
KONKRET.az xəbər verir ki, İranın “Tasnim” agentliyi müzakirələrin vaxtının uzana biləcəyini istisna etmir. Məlumata görə, bir sıra texniki məsələlərin, xüsusilə sanksiyalar və dondurulmuş aktivlərlə bağlı detalların həlli üçün danışıqların daha bir gün artırılması təklifi gündəmdədir. Hələlik bu barədə yekun qərar verilməsə də, hər iki tərəfin ekspertlər səviyyəsində işi davam etdirməyə meyilli olduğu bildirilir. İslamabadda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb, dünya birliyi isə bu “ya tamam, ya davam” xarakterli görüşdən çıxacaq nəticəni gözləyir.
Natiq Səlim,
KONKRET.az