AZ

Qalibafdan ABŞ-yə mesaj: Yaxasındakı o nişan DİQQƏT ÇƏKDİ - FOTOLAR

İran nümayəndə heyəti ABŞ ilə aparılan tarixi danışıqlar üçün Pakistana tamamilə qara matəm geyimində gəlib.

Musavat.com xəbər verir ki, heyət rəhbəri Qalibafın yaxasındakı Əli və Müctəba Xamenei nişanı zirvəyə damğa vurub.

Yaxın Şərqdəki 40 günlük qanlı müharibənin ardından sülh masası qurulub. ABŞ heyəti ilə keçiriləcək kritik müzakirələr öncəsi Pakistan baş naziri Şahbaz Şərif ilə bir araya gələn İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın geyimi və yaxasındakı detal diqqət çəkib. Bölgədən atəşkəs xəbəri gözlənildiyi bir vaxtda Qalibaf masaya ABŞ-İsrail hücumlarında həyatını itirən ali rəhbər Əli Xamenei və onu əvəz edən Müctəba Xameneinin fotoları olan nişanla əyləşib. 11 aprel 2026-cı il tarixindən etibarən başlayan bu çətin prosesdə İran heyətinin yas saxlayan görüntüsü danışıqların psixoloji zəminini də ortaya qoyub.

İranın nümayəndə heyətini İslamabada aparan “Minab-168” saylı uçuş zamanı təyyarədə çəkilən görüntülər də böyük maraq doğurub.

Heyət Pakistana yollanarkən təyyarədəki boş oturacaqlara Minabda həlak olan uşaqların fotoları, üzəri qanlı çantaları və bəyaz güllər düzülüb.

İranın dövlət televiziyası IRIB uçuşa aid fotoları sosial media hesabında bu sözlərlə paylaşıb:

“İran təyyarəsinin sərnişinləri... Heyətə kimin üçün danışıqlar apardıqlarını xatırlatmaq üçün: Minab məktəbində qətlə yetirilən uşaqlar və qanlı çantaları”.

Qalibaf isə boş oturacaqlara yerləşdirilən tələbə çantaları və çiçəklərin yer aldığı kadrı “Bu uçuşda mənimlə olan yoldaşlarım” qeydi ilə paylaşıb.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr