AZ

SON DƏQİQƏ: Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda yerli vaxtla saat 17:31-də 4.8 büyüklüyündə zəlzələ baş verib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi məlumat yayıb.

Yeraltı təkanların 9.12 kilometr dərinlikdə qeydə alındığı bildirilir. Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 4.9 bal olaraq qiymətləndirib. Təkanlar ətraf vilayətlərdə də hiss olunub və əhali arasında qısamüddətli təşvişə səbəb olub.

Hadisə ilə bağlı açıqlama verən Kütahya valisi Musa Işın bildirib ki, yeraltı təkanlar Simav rayonunun Yemişli kəndində qeydə alınıb:

"Zəlzələ ətraf bölgələrdə də hiss edilib. Şükürlər olsun ki, hazırda bizə daxil olan məlumatlarda hər hansı ciddi dağıntı və ya can itkisi qeydə alınmayıb. AFAD başda olmaqla, bütün müvafiq qurumların briqadaları sahədə lazımi araşdırmalara başlayıblar. Vətəndaşlarımızın təhlükəsizliyi üçün bütün imkanlarımızı səfərbər etmişik".

Hazırda bölgədə vəziyyətin nəzarət altında olduğu və araşdırmaların davam etdiyi bildirilir.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr