AZ

Tramp: “ İran rəhbərliyi artıq yoxdur"

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı növbəti sərt və qalmaqallı açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp özünün Truth Social hesabında paylaşım edərək İranın hərbi və siyasi rəhbərliyinin faktiki olaraq sıradan çıxarıldığını iddia edib.

ABŞ lideri bildirib ki, Vaşinqton İranın hərbi imkanlarını, o cümlədən donanma və hava qüvvələrini tam məhv edib. Onun sözlərinə görə, bu vəziyyət regionda güc balansını köklü şəkildə dəyişib.

“Saxta media ya ağlını itirib, ya da korrupsiyaya uğrayıb. ABŞ İranın silahlı qüvvələrini – donanmasını, hava qüvvələrini və digər imkanlarını tam məhv edib. Onların rəhbərliyi artıq yoxdur. Hörmüz boğazı tezliklə açılacaq”, – deyə Tramp vurğulayıb.

O, həmçinin qeyd edib ki, enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında hərəkət yaxın zamanda bərpa olunacaq və artıq bəzi gəmilər ABŞ istiqamətində hərəkətə başlayıb.

Musavat.com

Seçilən
28
50
musavat.com

10Mənbələr