AZ

İsmayıl Ömər 97,8 faiz səslə altıncı dəfə Cibuti prezidenti seçildi

BAKI, 11 aprel. TELEQRAF

Cibutinin hazırkı prezidenti İsmayıl Ömər Gele 97,8 faiz səslə ardıcıl altıncı dəfə ölkə başçısı seçilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qələbədən sonra İsmayıl Ömər "Facebook" səhifəsində fransızca "REELU" sözü ilə (yenidən seçilmiş-red) şəklini paylaşıb.

1999-cu ildə əmisi Həsən Güled Aptidonun yerinə seçilən 78 yaşlı Gelenin qələbəsi heç vaxt şübhə doğurmayıb.

Ötən ilin oktyabrında parlament prezidentliyə namizədlər üçün 75 yaş həddini ləğv edib. İki əsas müxalifət partiyası seçkiləri boykot edib.

Cibutinin təxminən 1 milyon əhalisi var. Ölkə Ədən körfəzində, Qırmızı dənizin girişində yerləşir. Burada ABŞ, Çin, Fransa, İtaliya və Yaponiyanın hərbi bazaları yerləşir.

Seçilən
22
teleqraf.com

1Mənbələr