AZ

Lider Sabah Premyer Liqanın XXVII turunda xal itirib

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXVII turunda lider "Sabah" "Zirə" ilə qarşılaşıb.

AZXEBER.COM xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər.

Qonaq komandada isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.

Turnir cədvəlinə 66 xalla "Sabah" başçılıq edir. 44 xalı olan "Zirə" isə dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i məğlub (4:1) edib. "Şamaxı" - "Qarabağ" matçında isə hesab açılmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
7
azxeber.com

9Mənbələr