AZ

 Sülh danışıqları NƏTİCƏ VERDİ - 2 tanker Hörmüzdən KEÇDİ

Pakistanın İslamabad şəhərində sülh danışıqlarının başladığı bir vaxtda, şənbə günü üç nəhəng supertanker Hörmüz boğazından keçib.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu hadisə regionda gərginliyin azaldılmasının ilk mühüm göstəricisi hesab olunur.

Bu gəmilər ABŞ və İran arasında atəşkəs razılaşmasının əldə olunması və Pakistandakı sülh müzakirələrinin start götürməsindən sonra Fars körfəzini tərk edən ilk tankerlərdir.

LSEG-in (London Fond Birjası Qrupu) məlumatlarına görə, 11 aprel şənbə günü Liberiya bayrağı altında üzən "Serifos", həmçinin Çinə məxsus "Cospearl Lake" və "He Rong Hai" adlı VLCC (çox böyük xam neft daşıyıcısı) sinfinə aid supertankerlər İranın Larak adası yaxınlığındakı test lövbər sahəsindən keçid ediblər.

Qeyd edək ki, bu gəmilərin hər biri 2 milyon barrelə qədər neft daşımaq qabiliyyətinə malikdir. Strateji keçid məntəqəsindəki bu hərəkətlilik dünya enerji bazarları tərəfindən yaxından izlənilir.

Musavat.com

Seçilən
32
38
musavat.com

10Mənbələr