AZ

"Yuventus"u çətin sınaq gözləyir

style='margin-bottom:10px;'>

"Yuventus" klubu maliyyə sabitliyini təmin etmək üçün yayda üç aparıcı futbolçusu ilə yollarını ayıra bilər.

QOL.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin yaydığı məlumata görə, bu ssenari Turin təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə reallaşacaq. Bildirilir ki, belə olan halda "qoca sinyora" yarımmüdafiəçi Kefren Türam, həmçinin müdafiəçilər Pyer Kalülü və Bremer üçün gələn transfer təkliflərini nəzərdən keçirməyə hazır olacaq.

Qeyd edək ki, İtaliya A Seriyasında 31 turdan sonra 57 xal toplayan "Yuventus" 5-ci pillədə qərarlaşıb və hələlik Çempionlar Liqası zonasından kənardadır.

Seçilən
22
teleqraf.com

1Mənbələr