AZ

Baydenin oğlu Trampın oğlanlarına meydan oxudu - qəfəs döyüşündə rinqə çıxmağa hazıram…



ABŞ siyasəti, Ağ Evin dəhlizlərindən sonra, indi də qəfəs döyüşü rinqlərinə keçməyə hazırlaşır. Keçmiş prezident Co Baydenin oğlu Hunter Bayden, hazırkı prezident Donald Trampın oğulları Don Jr. və Erik Trampı açıq şəkildə qəfəs döyüşünə çağırıb.

Sosial media fenomeni Endryu Kallaqanın media şirkəti Channel 5 tərəfindən paylaşılan videoda Hunter Biden Tramp qardaşları ilə döyüşməyə hazır olduğunu açıqlayıb.

56 yaşlı Biden Kallaqanın bu matçı "karnaval" tədbirinin bir hissəsi kimi təşkil etmək istədiyini bildirib: "Əgər o, bunu reallaşdıra bilsə, mən 100% iştirak edəcəyəm. Hətta bacarmasa belə, mən yenə də orada olacağam".

Hunter Baydenin fiziki cəhətdən buna hazır olmadığı bildirilir var. 56 yaşlı Bayden 48 yaşlı Don Jr.-dan səkkiz yaş, 42 yaşlı Erik Trampdan isə 14 yaş böyükdür. Üç nəfərdən heç birinin peşəkar döyüş sənəti təhsili aldığına dair rəsmi məlumat yoxdur, digər tərəfdən, çağırışın sadəcə bir "şou", yoxsa real görüş olduğu da məlum deyil.

Tahir TAĞIYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr