AZ

Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.

ain.az bildirir, Sherg.az portalına istinadən.

CHP lideri Özgür Özəl Nevşehirdə keçirilən mitinqdə çıxış edərək, həm əməkhaqqı, həm də sosial məsələlərlə bağlı hökumətə çağırış edib.

Özəl bildirib ki, minimum əməkhaqqı, pensiya və dövlət maaşlarına əlavə (ara) zam verilməsi zəruridir. O, yüksək inflyasiya və həyat bahalaşmasının vətəndaşları çətin vəziyyətə saldığını vurğulayıb.

Sherg.az xəbər verir ki, CHP lideri eyni zamanda ara seçki keçirilməsi tələbini də yenidən səsləndirib və bildirib ki, ölkədə iqtisadi çətinliklər davam edərsə, “seçim qaçılmaz olacaq”.

Çıxışında hökuməti tənqid edən Özəl, sosial dəstəyin zəif olduğunu qeyd edib və hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
sherg.az

1Mənbələr