AZ

Komandası qələbə qazandı, Mahir isə...

Almaniya II Bundesliqasında 29-cu həftənin oyunları keçirilir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" səfərdə "Herta Berlin"lə üz-üzə gəlib.

Təmsilçimizin komandası M.Berişanın qolu ilə minimal hesablı qələbəni bayram edib. Matça ehtiyat oyunçular skamyasında başlayan Mahirə Torsten Liberknext şans verməyib.

Qeyd edək ki, sözügedən komanda 29 turdan sonra 46 xalla 7-ci pillədə qərarlaşıb. (fanat.az)

Seçilən
15
musavat.com

1Mənbələr