AZ

“Arsenal” öz meydanında uduzdu – VİDEO

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün lider "Arsenal" doğma meydanda "Bornmut"u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Məğlubiyyətə baxmayaraq "Arsenal" 70 xalla liderliyini davam etdirir.

Xallarını 45-ə yüksəldən "Bornmut" isə 10-cu yerdədir.

"Arsenal" - "Bornmut" 1:2

Qollar: Viktor Dyökereş, 35 (pen) - Eli Junior Krupi, 17, Aleks Skott, 74


Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr