AZ

Vətən qəhrəmanları unudulmur


 Birinci Qarabağ Müharibəsində vətəni qoruyan və uğrunda ŞƏHİD OLAN YÜZLƏRLƏ QƏHRƏMANLARIMIZ VAR. Onlardan biri də haqqında söhbət açacağımız qəhrəman şəhid Abbasov Novruz Tahir oğludur. Onu tanıyaq.

Abbasov Novruz Tahir oğlu 1955-ci il mart ayının 20-də Gəncə şəhərində anadan olmuşdur.O, Gəncədəki 16 saylı orta məktəbdə təhsil almışdır..

 Yeyinti Sənayesi Texnikumunu bitirəndən sonra, bir müddət Gəncə Qənnadı Fabrikində briqadir işləmişdir.

 Novruz Abbasov həqiqi hərbi xidmətini Macarıstanda keçirmişdir. Hərbi xidməti bitirib vətənə dönən qəhrəman şəhid Novruz Abbasov vətənin dar günündə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib düşməni əzmək arzusunda idi. Böyük həyəcan içində çağırış gözləyən qəhrəmanın arzusu gerçəkləşir. Belə ki, 1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Novruz Abbasova çağırış vərəqi göndərir.  Onun sevincinin həddi-hüdudu yox idi. Arzusu çin olmuş, artıq cəbhəyə yollanmışdı.

 705 saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışan Novruz Abbasov xidmət etdiyi müddət ərzində böyük igidliklər göstərmişdir. Hər an yoldaşlarının harayına çatan leytenant Abbasov döyüşlərin birində dəstənin 7 nəfər üzvünü mühasirədən xilas etmiş, Naxçıvanik istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir.

Nəhayət Abbasov Novruz Tahir oğlu 1992-ci il aprelin 7-də Ağdərə uğrunda gedən gərgin döyüşlərin birində şəhid olmuşdur.

 İndi onun ruhu şaddır, çünki uğrunda şəhid olduğu torpaqlar işğaldan azad olunmuşdur.

 Elçin və Əfsanə adlı iki övladı yadigar qalmışdır.

Allah rəhmət eləsin!

Qarabağ Aqzərbaycandır!

Azia.az 


Seçilən
29
azia.az

1Mənbələr