AZ

Meyiti tapılan 31 yaşlı Ramilin fotosu

38 gün əvvəl itkin düşən şəxsin meyiti kanaldan tapıldı.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Göyçayda baş verib. Belə ki, uzun müddət axtarışlardan sonra rayon sakini 31 yaşlı Ramil Abdullayevin cansız bədəni Yuxarı Şirvan kanalının rayonun Qaraman kəndi ərazsindən keçən hissəsində aşkarlanıb.

Kənd sakini ərazidə qoyunları otararkən suyun üzündə meyit olduğunu görüb və dərhal DİN-nin 102 Qaynar xəttinə məlumat verib. Əraziyə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub və onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Mərhumun ailəsinin verdiyi məlumata əsasən Ramil Elşad oğlu Abdullayev mart ayının 3-ü evdən çıxıb və bir daha geri qayıtmayıb. Qeyd edək ki, həmin gün onun üst geyimi və ona məxsus əşyaları Yuxarı Şirvan kanalının kənarında tapılmışdı və həmin vaxtdan kanalda onun axtarışlarına başlanılmışdı.


Seçilən
24
1
metbuat.az

2Mənbələr